İdman

4 ilə 24 məşqçi qovdu

14 Aprel 2018 15:06
0 Şərh     Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin ən məşhur klublarından olan "Zəmələk"də növbəti dəfə məşqçi istefası olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki,"Zəmələk"in prezidenti Mortada Mənsur baş məşqçi Ehab Qalalı istefaya göndərib. Qalal 2014-cü ilin aprelindən bəri komandada çalışan 23-cü məşqçi idi.

Məhz həmin vaxtdan Mortada "Zəmələk"də prezident kimi fəaliyyətə başlayıb. Komanda Misir çempionatında 3 tur dalbadal məğlub olduqdan və Afrika Konfederasiyalr Kubokunda mübarizəni dayandırdıqdan sonra prezident 24-cü dəfə məşqçi istefasına əl atıb.

Mortadanın qovduğu mütəxəssislər arasında məşhur şotland Aleks Makliş və Misir yığmasının əfsanəvi futbolçusu olmuş Mido da var. Birinci, postunda cəmisi 65, ikinci isə 37 gün qalmışdı.

"Zəmələk" Misir çempionatında 3-cü pillədə qərarlaşıb və lider "Əl-Əhli"dən 25 xal geri qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.