İdman

Rusiyalı gimnast Bakıda təşkil olunmuş Avropa çempionatına heyran qaldığını deyir

14 Aprel 2018 09:58
Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakıda keçirilən batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında idmançılar üçün yaradılmış şərait ən yüksək tələblər cavab verir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə rusiyalı gimnast Dmitri Zenkin deyib.

O vurğulayıb ki çempionatın təşkili digər ölkələrdən heç nə ilə geri qalmır:

"Burada hər şey mənim xoşuma gəlir, deyə bilərəm ki, mən heyran qalmışam".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Gimnastlar üçün doğma məkana çevrilmiş arenada aprelin 15-dək davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.