İdman

Salah Premyer Liqanın tarixinə düşdü

14 Aprel 2018 15:30
0 Şərh     Baxış: 731

"Liverpul"un yarımmüdafiəçisi Mohamed Salah İngiltərə Premyer Liqasında növbəti dəfə fərqlənib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, mart ayının ən yaxşısı seçilən misirli futbolçu eyni mövsümdə bu mükafatı 3 dəfə alan futbolçu kimi tarixə düşüb. Salah noyabr və fevral aylarında da ayın ən yaxşı futbolçusu seçilib.

Xatırladaq ki, 25 yaşlı futbolçu 29 qolla Premyer Liqanın bombardirlər cədvəlinə başçılıq edir.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.