İdman

Avropa Liqasında görünməmiş start

13 Aprel 2018 23:58
0 Şərh     Baxış: 1 591

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Marsel" (Fransa) - "Leypsiq" (Almaniya) matçı yarışın tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, görüş məhsuldar startı ilə diqqət çəkib.

İlk 9 dəqiqədə komandalar 3 qol vurub ki, bu da Avropa Liqası üçün görünməmiş göstəricidi. Brumanın 2-ci dəqiqədəki qolu ilə önə keçən qonaqlar 6-cı dəqiqədə İlsankerin avtoqoluna, 3 dəqiqə sonra Sarrın fərqlənməsinə üzülüb.

Qeyd edək ki, Fransa klubu 5:2 hesabı ilə qalib gəlib və mərhələ adlayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.