İdman

Futbolda bu da oldu - Zərbədən dalağı parçalandı

13 Aprel 2018 15:54
0 Şərh     Baxış: 1 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bazar günü oynanılan "Torino" - "İnter" matçında xoşagəlməz hadisə yaşanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Antonio Kandrevanın yerinə yetirdiyi cərimə zərbəsi güvənlik işçisinin belinə dəyərək, onun dalağının parçalanmasına səbəb olub. 

Torino-nun minimal hesablı qələbəsi ilə yekunlaşan matçda Antonionun zərbəsi qapıya deyil, güvənlik işçisinə tuş gəlib. Həmin şəxs şiddətli ağrı hiss etsə də, durumun bu qədər ciddi olacağını təxmin etməyib. Xəstəxanaya aparıldıqdan sonra, dalağının parçalandığı müəyyənləşib və əməliyyat olunub. 

Hər iki klubun nümayəndələri stadion əməkdaşını xəstəxanada ziyarət ediblər.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.