Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.
Milli.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
Finala gedən yolda 4 komanda - "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "Real Madrid" (İspaniya) və "Roma" (İtaliya) 2 cütlük formalaşdırıblar.
"Bavariya" - "Real"
"Liverpul" - "Roma"
Qeyd edək ki, yarım finalın ilk oyunları 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək.
Milli.Az