İdman

“Qarabağ”dan təklif almışıq” - Menecer

13 Aprel 2018 14:51
0 Şərh     Baxış: 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mamelodi Sandaunz"un hücumçusu Xama Billiatın "Qarabağ"a keçidi hələ də gündəmdədi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Zimbabve millisinin forvardının meneceri Mayk Nqobeni deyib.

28 yaşlı futbolçunun gələcək taleyi ilə bağlı sualları cavablandıran agent hələ yekun qərarlarını vermədiklərini vurğulayıb.

O, xarici mətbuata açıqlamasında Billiatın müqavilə müddəti yaya qədər olan "Mamelodi Sandaunz"u tərk edəcəyini növbəti dəfə vurğulayıb: "Xamaya bir çox təklif var. Onunla bağlı Belçika, Səudiyyə Ərəbistanı, Çin, ABŞ, həmçinin Azərbaycan klubu "Qarabağ"dan təklif almışıq. Onlardan heç biri ilə ilkin razılıq əldə etməmişik. Birbaşa müqavilə imzalamağı düşünürük. Tələsmək istəmirik. İlk növbədə onun "Mamelodi Sandaunz"da mövsümü uğurlu tamamlamasına imkan verək. Bəli, yayda bu komandanı tərk edəcək və karyerasını xaricdə davam etdirəcək. Cənubi Afrikada mümkün olan bütün titulları qazandı. "Sandaunz" rəhbərliyi ilə də heç bir problemi yoxdu".

Qeyd edək ki, bir neçə gün əvvəl "Qarabağ"ın Billiata ilkin müqavilə təklif etdiyi, lakin tərəflərin anlaşmadığı yazılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.