İdman

Qvardiola "Mançester Siti" üçün yenə transferlər istəyir

13 Aprel 2018 19:30
0 Şərh     Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında mübarizəni 1/4 final mərhələsində dayandıran "Mançester Siti" növbəti mövsüm üçün heyətini gücləndirmək niyyətindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Xosep Qvardiolanın istəyi ilə yay transfer pəncərəsində 1 dayaq yarımmüdafiəçisi, universal havbek və mərkəz müdafiəçisi axtaracaq. Freddən (Şaxtyor) sonra Yulian Vayql (Borussiya Dortmund) və Jan-Mişel Seri (Nice) də "şəhərlilər"in maraq dairəsinə düşüb. Bu futbolçuların hər birinin qiyməti 40 milyon funtdan yuxarıdır. Qvardiola Toma Lemar (Monako) və Eden Hazardı da izləyir. Amma Çelsi-nin belçikalı ulduzu buraxacağı ağlabatan deyil.

Mərkəz müdafiəçilərindən Tottenham-in üzvü Tobi Alderveyreld katalon mütəxəsisdən müsbət qiymət alıb. Pep 2016-cı ildə Sirinin baş məşqçisi təyin olunmasından bəri transferlərə 450 milyon funt sərf edib. Növbəti mövsümün əvvəlinə kimi bu məbləğ 600 milyonu ötə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.