İdman

Formula 1 komandaları gələn həftədən Bakıya gəlir

13 Aprel 2018 13:09
Baxış: 564

2018-ci il 27-29 aprel tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar aprelin 23-dən etibarən Bakıya gəlməyə başlayacaqlar.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

O bildirib ki, Formula 1 çərçivəsində logistika baxımından işlər çox olur, çünki komandalar bir Qran Pri başa çatdıqdan sonra digərinə gedirlər: "İndi Çində Qran Pri keçirilir, ondan sonra komandalar Bakıya gələcəklər. Komandaların gəlişi, adətən, Qran Pri həftəsi baş tutur. Ayın 23-dən etibarən Beynəlxalq Avtomobil Federasiyası və Formula 1 nümayəndələri, komandalar Bakıya gəlməyə başlayacaq".

N.Arpadarai digər məsələlərlə bağlı işlərin qrafikə uyğun davam etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, tikinti-quraşdırma işləri Qran Pri həftəsinə qədər davam edəcək.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.