İdman

"Liverpul"da oynamaq özəl hissdi - Salah

13 Aprel 2018 21:27
0 Şərh     Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son dönəmdə dünya idman mətbuatında "Liverpul"un ulduzu Məhəmməd Salahın transferinə dair transfer xəbərləri səngimək bilmir. Misirli futbolçunun adı əsasən Madrid "Real"ı ilə birgə hallanır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, CNN-ə açıqlama verən Salah isə fərqli fikirdədi. Onun fikrincə, "Liverpul" özəl klubdu.

"Liverpul" üçün oynamaq çox özəl hissdi. Xüsusilə, Çempionlar Liqası oyunları azarkeşlər üçün böyük önəm kəsb edir" - deyə, 25 yaşlı oyunçu bildirib.

O, həmçinin çətin tapşırığın öhdəsindən gələrək, "Siti"ni mübarizədən kənarlaşdırdıqlarını deyib: "Mançester Siti" ilə ilk oyundakı atmosfer... - həyatımda ilk dəfə idi belə bir şeylə rastlaşırdım. Püşkün nəticəsi məlum olanda, hər kəs çətin keçəcəyini bilirdi, amma mən demişdim ki, pozitiv düşünüb, qələbə qazanmalıyıq və bunun öhdəsindən də gəldik".

Salah cari mövsümdə ümumilikdə 39 dəfə rəqib qapılarına yol tapıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.