İdman

Del Pyero Buffonu qınadı

13 Aprel 2018 21:21
0 Şərh     Baxış: 1 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" - "Yuventus" matçının (1:3) son saniyələrində baş verən hadisələrə növbəti reaksiya "qoca sinyora"nın əfsanəsi Alessandro Del Pyerodan gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, veteran futbolçu referi Maykl Oliverə etiraz edərək, meydandan qovulan Canluici Buffonu oyundan sonra verdiyi açıqlamalarına görə qınayıb.

Səsləndirdiyi fikirləri Buffona yaraşdırmayan Del Pyero "Sky Italia"ya müsahibəsində bunları deyib: "Buffonun hakim haqqında dediklərini anlamaqda çətinlik çəkirəm. Düşünürəm ki, yaxın günlərdə referi barədə daha fərqli fikirlər səsləndirəcək".

Qeyd edək ki, Buffon hakim Maykl Oliverin sinəsində ürəyi əvəzinə, zibil qutusu daşıdığını demişdi.

Hələlik UEFA Hakimlər Komitəsindən həmin oyunda baş verənlərlə bağlı rəsmi reaksiya yoxdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.