İdman

İspaniyalılar “Qarabağ”dan "qaçır"

13 Aprel 2018 11:40
0 Şərh     Baxış: 1 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avrokubokların 1/4 final mərhələsinin cavab oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, siyahıda qitənin 442 komandası yer alıb.

Bu həftə keçirilən 8 qarşılaşma cədvəldə cüzi dəyişikliklərə səbəb olub. İlk "onluq"da yalnız bir yerdəyişmə qeydə alınıb. "Barselona"dan uzaqlaşmağı bacaran "Bavariya" digər İspaniya klubu "Atletiko"ya şərik çıxıb. Bu iki komanda "Real"dan sonra 2-ci yeri bölüşür.

Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəyə malik "Qarabağ" 73-cü pillədə qalıb. Qurban Qurbanovun yetirmələri son 5 mövsümün nəticəsində 20,500 xala malikdi. Ağdam klubu BATE (Belarus) və "Yanq Boyz"la (İsveçrə) eyni pilləyə şərikdi.

Azərbaycan çempionunun özündən irəlidə qərarlaşan üç İspaniya klubu ilə fərq isə artıb. "Selta", "Real Sosyedad" və "Betis" artıq təmsilçimizi 0,556 xal üstələyir.

Digər klublarımızdan "Qəbələ" 5,250 xalla 191-ci, "Neftçi, "Xəzər Lənkəran", "Keşlə", "Zirə" və "Kəpəz" 3,825 xalla 244-cü yerə şərikdi.

İlk "onluq"

1. "Real" (İspaniya) - 156,000

2-3. "Bavariya" (Almaniya) - 134,000

"Atletiko" (İspaniya) - 134,000

4. "Barselona" (İspaniya) - 132,000

5. "Yuventus" (İtaliya) - 126,000

6. "Sevilya" (İspaniya) - 113,000

7. PSJ (Fransa) - 109,000

8. "Mançester Siti" (İngiltərə) - 100,000

9. "Arsenal" (İngiltərə) - 20,000

10. "Borussiya" (Dortmund, Almaniya) - 89,000

"Qarabağ" və qonşuları

66. "Lester" (İngiltərə) - 22,000

67. "Astana" (Qazaxıstan) - 21,750

68-69. "Feyenoord" (Hollandiya) - 21,500

"Rapid" (Vyana, Avstriya) - 21,500

70-72. "Selta" (İspaniya) - 21,056

"Real Sosyedad" (İspaniya) - 21,056

"Betis" (İspaniya) - 21,056

73-75. "Qarabağ" (Azərbaycan) - 20,500

"Yanq Boyz" (İsveçrə) - 20,500

BATE (Belarus) - 20,500

76. "Trabzonspor" (Türkiyə)- 18,000

77. "Dinamo" (Xorvatiya) - 17,500

78-80. "Partizan" (Serbiya) - 17,000

"Everton" (İngiltərə) - 17,000

"Slovan" (Çexiya) - 17,000

Digər Azərbaycan klubları

191. "Qəbələ" - 5,250

244-256. "Neftçi" - 3,825

"Keşlə" - 3,825

"Zirə" - 3,825

"Kəpəz" - 3,825

"Xəzər Lənkəran" - 3,825

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.