İdman

Çempionlar Liqasının son püşkü: Yarımfinalda kim-kimə rəqib olacaq?

13 Aprel 2018 09:55
6 Şərh     Baxış: 4 066

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Finala gedən yolda 4 komanda - "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "Real Madrid" (İspaniya) və "Roma" (İtaliya) 2 cütlük formalaşdıracaqlar.

İştirakçılar səpələnmiş və səpələnməmişlər səbətlərinə bölünməyəcəklər. Bütün komandalar bir-birinə rəqib ola bilər.

Adları birinci göstərilən kollektiv ilk oyunu öz meydanında keçirəcək. 

Çempionlar Liqasının səfiri, Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko püşkatma mərasimində assisent olacaq. 

Qeyd edək ki, yarım finalın ilk oyunları 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Ereboğlu · 13 Aprel 09:5910

    Real - Roma Liverpul - Bavariya

    Cavab yaz
    • Anonim
      Yağmur · 13 Aprel 10:3922

      Fikrimcə Real -Bavariya,Liverpul-Roma

      Cavab yaz
  • Anonim
    Səid · 13 Aprel 10:4720

    Rea ll Bavariya Lier

    Cavab yaz
  • Anonim
    .... · 13 Aprel 10:5920

    Real-Liverpol////// Bavariya-Roma

    Cavab yaz
  • Anonim
    Roma · 13 Aprel 11:3320

    Bavariyayla düşək. Real Bunu bacarar. bu vaxtacan güclülele düsüb onsüz. Bavariya ya da Liverpol düssün. ps_ İstifadəçi adımın futbol klubuyla əlaqəsi yoxdur.adımla baglidir

    Cavab yaz
  • Anonim
    SANTOS · 13 Aprel 14:4300

    roma_liperpul real _bavarya

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.