İdman

Qurban Qurbanov üçün xoş gün

13 Aprel 2018 09:37
3 Şərh     Baxış: 3 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan futbolunun ən uğurlu simalarından biri, məşqçi kimi bir çox ilklərə imza atan, hətta futbolla maraqlanmayanların da sevimlisi olan Qurban Qurbanovun doğum günüdü.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın və milli komandamızın baş məşqçisinin 46 yaşı tamam olur.

Futbolçu karyerasını erkən sayıla biləcək - 33 yaşında başa vuran Qurbanov məşqçi kimi daha çox məşhurlaşdı. Doğma klubu "Neftçi"də başlayan məşqçilik karyerasının ilk ilindəcə komandasına gümüş medal və UEFA Kubokuna vəsiqə qazandıran keçmiş hücumçu uğurlarının davamını "Qarabağ"da qazanıb.

Ağdam klubu ilə ilk titulunu 2009-cu ildə (ölkə kuboku) qazanan Hoca bununla da bu uğuru həm futbolçu, həm də baş məşqçi kimi əldə edən ilk şəxs olub. O, 2004-cü ildə "Neftçi"də komandanın kapitanı kimi də bu sevinci yaşamışdı.

"Qarabağ"ı ardıcıl üç dəfə - 2014/15, 2015/16, 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsinə yüksəldən Qurban Qurbanov 2017/18 mövsümündə Azərbaycan futbolu tarixində ilk dəfə komandası ilə Çempionlar Liqasının qrup mərhələsində oynamağa haqq qazanıb.

11 illik məşqçilik karyerası ərzində qazandığı saysız-hesabsız uğurlarla diqqət mərkəzində olub. O, "Neftçi" ilə bir dəfə ölkə çempionatının gümüş medalını, "Qarabağ"la isə 3 dəfə ölkə kubokunu, 4 dəfə ölkə çempionluğunu, 1 dəfə gümüş medalları, 2 dəfə bürünc medalları qazanıb.

Azərbaycan Respublikasının əməkdar məşqçisi Qurban Qurbanova bundan sonrakı həyatında və karyerasında uğurlar arzulayırıq.Qurban Qurbanov - 46!

Bu gün Azərbaycan futbolunun ən uğurlu simalarından biri, məşqçi kimi bir çox ilklərə imza atan, hətta futbolla maraqlanmayanların da sevimlisi olan Qurban Qurbanovun doğum günüdü. Apasport.az saytının məlumatına görə, "Qarabağ"ın və milli komandamızın baş məşqçisinin 46 yaşı tamam olur.

Futbolçu karyerasını erkən sayıla biləcək - 33 yaşında başa vuran Qurbanov məşqçi kimi daha çox məşhurlaşdı. Doğma klubu "Neftçi"də başlayan məşqçilik karyerasının ilk ilindəcə komandasına gümüş medal və UEFA Kubokuna vəsiqə qazandıran keçmiş hücumçu uğurlarının davamını "Qarabağ"da qazanıb.

Ağdam klubu ilə ilk titulunu 2009-cu ildə (ölkə kuboku) qazanan Hoca bununla da bu uğuru həm futbolçu, həm də baş məşqçi kimi əldə edən ilk şəxs olub. O, 2004-cü ildə "Neftçi"də komandanın kapitanı kimi də bu sevinci yaşamışdı.

"Qarabağ"ı ardıcıl üç dəfə - 2014/15, 2015/16, 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsinə yüksəldən Qurban Qurbanov 2017/18 mövsümündə Azərbaycan futbolu tarixində ilk dəfə komandası ilə Çempionlar Liqasının qrup mərhələsində oynamağa haqq qazanıb.

11 illik məşqçilik karyerası ərzində qazandığı saysız-hesabsız uğurlarla diqqət mərkəzində olub. O, "Neftçi" ilə bir dəfə ölkə çempionatının gümüş medalını, "Qarabağ"la isə 3 dəfə ölkə kubokunu, 4 dəfə ölkə çempionluğunu, 1 dəfə gümüş medalları, 2 dəfə bürünc medalları qazanıb.

Azərbaycan Respublikasının əməkdar məşqçisi Qurban Qurbanova bundan sonrakı həyatında və karyerasında uğurlar arzulayırıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.