İdman

"Bavariya"nın yeni baş məşqçisi müəyyənləşdi

13 Aprel 2018 09:11
0 Şərh     Baxış: 1 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Ayntraxt" komandasının baş məşqçisi Niko Kovaç cari mövsüm yekunlaşdıqdan sonra "Bavariya"nın sükanı arxasına keçəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi xorvatiyalı mütəxəssisin namizədliyi üzərində dayanmağa dair yekun qərar qəbul edib.

"Bavariya" onu Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Tomas Tuxeli dəvət etmək cəhdinin uğursuzluğa düçar olmasından sonra hədəfə alıb. Kovaç "Bavariya"nın idman direktoru Həsən Salihamiciçlə yaxşı tanışdır. Onlar 2001 - 2003-cü illərdə birgə çıxış ediblər. Digər tərəfdən, 47 yaşlı mütəxəssisin müqaviləsində belə bir bənd var ki, Münhen klubundan təklif gələcəyi təqdirdə, o, "Ayntraxt"ı tərk edə bilər.

Hazırkı baş məşqçi Yupp Haynkes mövsümün sonunda Almaniyanın ən titullu klubu ilə yollarını ayıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.