İdman

PSJ Poqba ilə danışıqlara başlayıb

13 Aprel 2018 09:20
1 Şərh     Baxış: 610

Fransanın PSJ klubunun rəhbərliyi "Mançester Yunayted"in (İngiltərə) yarımmüdafiəçisi Pol Poqba ilə danışıqlara başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Paris klubu fransalı xavbekin nümayəndələri ilə əlaqə yaradaraq bu yay mümkün transfer barədə söhbət ediblər.

Bildirilir ki, PSJ rəhbərliyi komandanın Çempionlar Liqasındakı çıxışından narazıdır və yaxın "transfer pəncərəsi"ndə komandanın heyətini gücləndirmək niyyətindədir.

Poqba cari mövsümdə İngiltərə Premyer Liqasında keçirdiyi 21 oyunda 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Seva · 13 Aprel 10:3100

    Voobseta ManYu Neymari almaq isteyir. Poqbada Neymarla bir komandada oynamaq istediyini soyleyir. Lap derinden baxdiqda ise hami Poqbaya aqentini deyis deyir. O qurbaga Poqbaya rahat oturmaga imkan vermir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.