İdman

“Sumqayıt”ın futbolçusundan baş məşqçiyə tövsiyə: Bir az səbrli olsun

12 Aprel 2018 23:21
0 Şərh     Baxış: 1 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Sumqayıt"ın qapıçısı Fərhad Vəliyev "Keşlə" ilə oyundan sonra  sualları cavablandırıb.

- Oyun necə keçdi?

- Çempionat matçından sonra uşaqlarda yorğunluq hiss olunurdu. Ümumi oyunu götürsək, birinci hissə "Keşlə"nin üstünlüyü ilə keçdi. İkinci hissədə də qapımızdan top buraxmaya bilərdik. Lakin 90-cı dəqiqədə cərimə zərbəsindən sonra qola mane ola bilmədik. Lakin biz əlimizi yanımıza salmırıq. İkinci görüşdə mərhələ adlamağa çalışacağıq.

- Qol necə alındı? Sanki topun hansı istiqamətə vurulacağını bilirdiniz...

- Həmin istiqamətə zərbə endirəcəyini də, ötürmə verə biləcəyini də gözləyirdim. Mövqeyimi də seçmişdim. Lakin zərbə güclü idi. Topu qaytarmaq üçün əlimdən gələni etsəm də, alınmadı.

- "Sumqayıt" çempionatda inamlı çıxış etsə də, kubok matçında "Keşlə"nin qapısına zərbə də vura bilmədi. Bunun səbəbini nədə görürsünüz?

- Ola bilsin, bu, yorğunluqdan irəli gəlir. Çünki 3 gündənbir oyunlar keçiririk. Əsas heyətimizin 3-4 oyunçusu bu gün çıxış etmirdi. Bəziləri zədəli, bəziləri cəzalı idi. Doğma meydanda qələbə qazanıb mərhələni keçməyə çalışacağıq.

- Qol epizodunda etdiyiniz səhv sizdə inamsızlıq yaratmır?

- Orada mənim səhvim yox idi. Güclü zərbə idi. Qarşısını almaq üçün əlimdən gələni etdim. Amma belə alındı.

- Komanda daha çox 5-li müdafiəyə öyrəşib. Bu gün isə 4 müdafiəçi ilə oynadı. Bu sizin oyununuza təsir göstərə bilərmi?

- Bəli. Çoxdandır 4 müdafiəçi ilə oynamırdıq. Amma baş məşqçi komandanı hər bir taktika ilə oynada bilər. Futbolçular buna hazır olmalıdırlar. Ola bilsin, taktiki dəyişikliklər də oyunçulara təsir eləsin.

- 0:1 hesabı da sizin üçün pis nəticə hesab oluna bilər. Doğma meydanda 1 qol buraxsanız, 3 qol vurmaq məcburiyyətində qalacaqsınız. Finala çıxmaq çətin gəlmir sizə?

- Biz inanırıq ki, finala çıxacağıq. Sona kimi mübarizə aparacağıq. Səfərdə uduzduq. Evdəki oyunumuz qalıb. Çalışacağıq ki, qapımızı toxunulmaz saxlayaq. Qol vurub mərhələni keçə bilərik.

- Samir Abasovun etirazına necə şərh verərdiniz?

- Çılğın baş məşqçidi. Ona səbrli olmağı tövsiyə edirəm. Hakim də səhv edə bilər, oyunçu da. Bir az səbrli olsa, daha yaxşı olar. Onun içindən gəlir, özünü saxlaya bilmədi.

- Abasovun texniki zonada olmamağı cavab qarşılaşmasına təsir edə bilərmi?

- Samir müəllim olsaydı, daha yaxşı olardı. O, ölkə xaricində olanda digər məşqçilər öz tövsiyələrini vermişdi, indi də elə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.