İdman

"Mənim heç bir futbolçuma irad bildirməyim mümkün deyil" - Roman Qriqorçuk

12 Aprel 2018 21:18
0 Şərh     Baxış: 480

"Nəticə bizim istədiyimiz kimi deyil. Amma burada kritik bir şey görmürəm. Futbolçularıma iradım yoxdur. Onlar oyuna motivasiya olmaq, meydanda vuruşmaq baxımından, istək baxımından çətinlik çəkmirdilər. Əlimizdən gələni etdik. Oyuna yaxşı başlamışdım. Ələ düşən imkanlarımızı qola çevirə bilmədik. Böyük üstünlüyümüz var idi. Rəqibə qol hədiyyə etdik. Uduzmağımıza baxmayaraq, cavab görüşünə ciddi hazırlaşacağıq".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun ilk yarımfinal oyunundan sonra deyib. Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- Nəyə əsasən, futbolçularınızdan narazı olmadığınızı deyirsiniz? 

- Bu gün futbolçularımız o dərəcədə motivasiyalı idilər ki, mövsüm ərzində belə olmamışdılar. Əllərindən gələni etməyə çalışdılar. Bu gün yaxşı ab-hava var idi. Mənim heç bir futbolçuma irad bildirməyim mümkün deyil. Hücumçu qol vura bilmədi, gənc müdafiəçi qapıçıya ötürmədə səhvə yol verdi. Amma heç birini günahlandıra bilmərəm.

- Cavab görüşü üçün proqnozunuz nədir? 

- Heç bir proqnoz verə bilmərəm. Çox sakitəm. Kritik bir şey baş verməyib. Evdə 1:2 hesabı ilə uduzmuşuq. Görürəm ki, şansımız var. Bütün gücümüzü ortaya qoymalı, bugünkü kimi çalışmalı, son anlarda ustalıq səviyyəsini ortaya qoymalı və minimum 2 qol vurmalıyıq.

- Bəzi futbolçuların oynamamaları nə ilə bağlıdır? 

- Mənim və məşqçilər heyətinin mövqeyi yekdildir. Bununla bağlı mübahisə etmək istəmirəm. Bu gün Rasim Ramaldanov oynamadısa, ola bilsin, növbəti görüşdə meydana çıxsın.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.