İdman

“Real” hakimi pulla ələ alıb? - FOTO

12 Aprel 2018 12:15
27 Şərh     Baxış: 3 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının 1/4 finalında "Real"la "Yuventus" arasında keçirilən cavab qarşılaşmasının sonunda böyük gərginlik yaşanıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, hakimin oyuna əlavə edilmiş dəqiqələrdə "Yuventus"un qapısına penalti təyin etməsi futbolçular arasında da insidentə səbəb olub. "Yuventus"un müdafiəçisi Corco Kyellini isə "Real"ın futbolçularına göstərdiyi jestlə gündəmə gəlib.

O, etdiyi jestlə "Real"ın hakimi pulla ələ aldığına işarə edib.

Qeyd edək ki, hakim penalti təyin edənə qədər "Yuventus" hesabda 3:0 öndə olub. Kriştianu Ronaldu penaltini reallaşdırmaqla "Real"ın yarımfinala vəsiqə qazanmasını təmin edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.