İdman

Real və Ronaldudan növbəti ÇL rekordu

12 Aprel 2018 10:22
1 Şərh     Baxış: 1 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya "Real"ı futbol üzrə Çempionlar Liqasında şəxsi rekordunu yeniləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "kral klubu" ardıcıl 8-ci dəfə Avropanın ən nüfuzlu klub turnirinin yarımfinalına yüksəlib. Madridlilər buna İtaliya "Yuventus"u 1/4 final mərhələsində iki oyununu cəmində (3:0, 1:3) üstələyərək, nail olublar.

Həlledici qolu komandanın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu vurub. Bu, Ronaldonun "Yuventus"la görüşlərdə 10-cu qolu olub. 33 yaşlı forvard bir komandaya 10 qol vuran ilk futbolçuya çevrilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.