İdman

"Finalda "Barselona" ilə üz-üzə gəlsək..."

10 Aprel 2018 20:45
4 Şərh     Baxış: 1 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın prezidenti Florentino Peres komandasının ardıcıl 3-cü dəfə Çempionlar Liqasını qazanmağa namizəd olduğunu söyləyib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, tanınmış iş adamı yarımfinalla bağlı proqnoz da verib.

Belə ki, o, növbəti mərhələdə "Bavariya" ilə qarşılaşacaqlarını düşünür. "Barselona" ilə finalda üz-üzə gəlmək ehtimalına toxunan Peres əzəli rəqibə söz atmağı da unutmayıb: "Barselona" ilə finalda qarşılaşmaq istəyərəmmi? Əsas finala adlamaqdı. Bu ehtimal ola bilər. Ancaq düşünürəm ki, əvvəlcə "Bavariya" ilə qarşılaşacağıq. Çünki onlarla həmişə oynayırıq. Əgər finalda "Barselona" ilə üz-üzə gəlsək, o zaman onları bu mövsüm İspaniya Superkubokunda məğlub etdiyimiz (3:1, 2:0) oyunları xatırlayacam. İlk növbədə isə "Yuventus"u keçməliyik".

Qeyd edək ki, "Real" 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Yuventus"a 3:0 hesabı ilə qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.