İdman

Cüdoçularımızdan 8 “qızıl”

7 Aprel 2018 21:51
0 Şərh     Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sərhədçi" İdman Olimpiya Kompleksində Türk Şurası Universitet İdman Oyunları turnirinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iki gün davam edəcək mötəbər yarışda Azərbaycan, Türkiyə və Qazaxıstan cüdoçuları medallar uğrunda mübarizə aparırlar.

Beynəlxalq turnirin ilk günündə bütün çəki dərəcələrində qalibərin adına aydınlıq gəlib.

Milli komandamızdan Kəramət Hüseynov (60 kq), İlkin Babazadə (66 kq), Telman Vəliyev (73 kq), Fəqan Quluzadə (81 kq), Firudin Dadaşov (90 kq), Cəlil Şükürov (+100 kq), Aişə Qurbanlı (48 kq) və Günel Həsənli (78 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə ediblər.

Sabah cüdoçular komanda yarışlarında qüvvələrini sınayacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.