İdman

Ramos: "Argentinaya 1:4 hesabıyla məğlub olduğumuz oyun xatirimizdə idi"

28 Mart 2018 18:10
0 Şərh     Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya millisinin müdafiəçisi Serxio Ramos yoldaşlıq görüşündə Argentina üzərində qazanılan 6:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu bunları deyib:

"Komandada hər kəs sakitliyi qoruyur. Öncədən dünya kubokuna şəxsi malımız kimi baxmırıq. İsko ilə münasibətim? Onun atası deyiləm, dostu və yoldaşıyam. Sadəcə, təcrübəmə əsaslanıb ona məsləhət verə bilərəm ki, düzgün qərar qəbul etsin.

Argentina əla komandadır. Xüsusən birinci hissədə yaxşı oynadılar. Amma nə etmək lazım olduğunu bilirdik, işimizin öhdəsindən gəldik. Onlara 1:4 hesabıyla məğlub olduğumuz oyun xatirimizdə idi. Pis xatirələri yaxşı oyunla silmək istəyirdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.