İdman

"Real" 3 futbolçunu transferə çıxarır

28 Mart 2018 23:18
0 Şərh     Baxış: 2 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mövsümün sonunda bir neçə transfer həyata keçirməyi planlaşdıran "Real" heyətində də "təmizləmə işləri" aparacaq.

Milli.Az apasport.az-a istinadən məlumatına görə, "kral klubu" yayda vidalaşacağı 3 oyunçunu artıq müəyyənləşdirib.

Belə ki, Madrid təmsilçisi yarımmüdafiəçilər Mateo Kovaçiç, İsko və hücumçu Qaret Beyli transferə çıxarmaq qərarına gəlib. Sonuncunun qiyməti də artıq müəyyənləşib. İspaniya nəhəngi uelsli futbolçunu 100 milyon avroya satacağını bəyan edib.

Qeyd edək ki, İsko və Beyl 2013, Kovaçiç isə 2015-ci ildən "Real"ın formasını geyinir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.