İdman

Rəsul Çunayev ermənini 87 saniyəyə məğlub etdi - VİDEO

24 Mart 2018 21:41
6 Şərh     Baxış: 4 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-cı "Dan Kolov - Nikola Petrov" beynəlxalq turniri keçirilir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ilk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) və qadın güləşçilərimizdən Elis Manolova (65 kq) mübarizə aparıb. Güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb.

Mübarizəyə 1/8 finaldan başlayan Rəsul Çunayev ilk olaraq Polşa (74 saniyəyə 5:0), ardınca Rumıniya idmançısını vaxtından əvvəl (9:0) təmiz qələbə ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisini də üstələyən (5:1) güləşçimiz finala yüksəlib.

Həlledici görüşdə onun rəqibi Fransanı təmsil edən erməni idmançısı Evrik Nikoqosyan olub. Vaxtından əvvəl rəqibini 87 saniyəyə məğlub edən Rəsul Çunayev 8:0 hesabı ilə turnirin qızıl medalını qazanıb.

Qeyd edək ki, bu turnirdə bu gün mübarizəyə Elman Muxtarov (67) və Mariya Stadnik (50 kq) qoşulub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Rəsul Çunayev ermənini 87 saniyəyə məğlub etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.