İdman

Məmmədyarov uduzdu, Karyakin liderliyə şərik oldu - YENİLƏNİR

24 Mart 2018 22:48
1 Şərh     Baxış: 2 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:48

Berlində şahmat tacına iddiaçıların turniri davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün baş tutan XII turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Liren Dinqlə qarşılaşıb.

İlk dövrədə qara fiqurlarla çinli rəqibi ilə heç-heçə edən həmyerlimiz bu dəfə ağ fiqurlarla oynayıb. Liderlər qrupunda qərarlaşan həmyerlimiz gözlənilmədən rəqibinə məğlub olub.

Turun ən maraqlı matçı Sergey Karyakinlə lider Fabiano Karuana arasında keçirilib. Rəqibi üzərində qələbə qazanan Karyakin aradakı xal fərqini qapayaraq, liderliyə şərik olub.

İddiaçılar turniri

XII tur

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Liren Dinq (2769, Çin) - 0:1

Sergey Karyakin (2763, Rusiya) - Fabiano Karuana (2784, ABŞ) - 1:0

Aleksandr Qrişuk (2767, Rusiya) - Levon Aronyan (2794, Ermənistan) - 0,5:0,5

Vladimir Kramnik (2800, Rusiya) - Uesli So (2799, ABŞ)

Turnir cədvəli: Karuana, Karyakin - 7 xal; Məmmədyarov, Dinq, Qrişuk - 6,5; Kramnik - 5; So - 4,5; Aronyan - 4.

19:56

Berlində şahmat tacına iddiaçıların turniri davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün baş tutacaq XII turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Liren Dinqlə qarşılaşacaq.

İlk dövrədə qara fiqurlarla çinli rəqibi ilə heç-heçə edən həmyerlimiz bu dəfə ağ fiqurlarla oyanacaq.

Turun ən maraqlı matçı Sergey Karyakinlə Fabiano Karuana arasında olacaq. Son görüşlərdə uğurlu çıxış edən rusiyalının lideri büdrədəcəyi istisna edilmir. Karuananın xal itirməsi və ya uduzması daha çox Məmmədyarovun işinə yarayacaq. Əgər amerikalı məğlub olarsa və Şəhriyar da qalib gələrsə, həmyerlimiz birinci pilləni ələ keçirə də bilər.

İddiaçılar turniri

XII tur

Aleksandr Qrişuk (2767, Rusiya) - Levon Aronyan (2794, Ermənistan)

Sergey Karyakin (2763, Rusiya) - Fabiano Karuana (2784, ABŞ)

Vladimir Kramnik (2800, Rusiya) - Uesli So (2799, ABŞ)

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Liren Dinq (2769, Çin)

Turnir cədvəli: Karuana - 7 xal; Məmmədyarov - 6,5; Qrişuk, Karyakin - 6; Dinq - 5,5; Kramnik - 5; So - 4,5; Aronyan - 3,5.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.