İdman

"Fənərbağça"nın kubokunu oğurlamağa çalışan azarkeş ifadə verib

23 Mart 2018 23:54
0 Şərh     Baxış: 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça"nın 2010/11 mövsümündə qazandığı Türkiyə çempionluq kubokunu oğurlamağa çalışan Halit Şahin adlı şəxsin işinə dair istintaq araşdırması başa çatıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Trabzonspor" azarkeşi olan Şahin həmin mükafatın "bordo mavili" klubun haqqı olduğunu verdiyi ifadədə qeyd edib. Dövlət ittihamçısı ona 2 ildən 11 ilədək həbs cəzası istəyib. Məhkəmə prosesi növbəti günlərdə davam edəcək.

Qeyd edək ki, Halit Şahin 2017-ci il 11 oktyabrda Kadıköy Şükrü Saracoğlu İdman Kompleksinin nəzdindəki muzeyə getmiş və şüşəni qıraraq kuboku götürmüşdü. "Kubok bizim, Trabzon" - qışqıran azarkeşi muzey işçiləri dayandırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.