İdman

"Ürəyi qalmaq istəsə də, özü getmək qərarına gəldi"

23 Mart 2018 23:21
0 Şərh     Baxış: 2 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arsenal"ın baş məşqçisi Arsen Venqer qışda Uolkott və Jirunun klubdan getməsi haqqında danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəsis bunları deyib:

"Azarkeşlərimiz bilir ki, Teo Uolkottun klubda hər hansı problemləri yox idi. Sadəcə daha çox meydana çıxmaq istəyirdi. Teo təcrübəli futbolçudur, "Arsenal"ı sevir. O, azarkeşlər və kluba həmişə hörmət edir. Olivye Jiru da oxşar səbəbə görə getdi. Komandadan ayrılmaq onu kədərli etmişdi. Jiru hər şeyi qarşısına qoyub təhlil etməyə çalışırdı. Ürəyi qalmaq istəsə də, özü getmək qərarına gəldi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.