İdman

Qurban Qurbanov Azərbaycan millisinin 2 futbolçusunu cəzalandırıb

23 Mart 2018 22:22
0 Şərh     Baxış: 2 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin futbolçuları Araz Abdullayev və Elvin Yunuszadənin adlarının Belarus yığması ilə yoldaşlıq görüşünün iştirak ərizəsinə daxil edilməməsinin səbəbi müəyyənləşib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

O, bildirib ki, hər iki futbolçu kiçik xətaya yol verdikləri üçün kənarda qalıblar:

"Ola bilər ki, onlardan biri Antalyaya Makedoniya ilə yoldaşlıq görüşünə getsin, digəri yox. Oyundan sonra otelə qayıdacağıq və yekun qərarımı verəcəyəm. Amma böyük xəta deyil".

Matç Belarus yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.