21:54
Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı komanda Bakıda Belarus yığmasını qəbul edib.
Bu, "Qarabağ"ın çalışdırıcısının millinin "sükanı arxası"nda ikinci matçı olub. Debüt görüşündə Moldova ilə qarşılaşan Qurbanov qolsuz bərabərliyə razılaşmışdı.
Yığmamız bu dəfə də qola həsrət qalıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolun müəllifi isə Maksim Medvedev olub. O, 42-ci dəqiqədə avtoqolla Kamran Ağayevi məyus edib.
Qeyd edək ki, komandamız 4 gün sonra Antalyada Makedoniya ilə qarşılaşacaq.
Yoldaşlıq matçı
23 mart
Azərbaycan - Belarus - 0:1
Qol: Maksim Medvedev, 42 (avtoqol)
Baş hakim: Andris Treymanis (Latviya)
Bakı Olimpiya Stadionu
Azərbaycan: 1. Kamran Ağayev (k), 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 18. Coşqun Diniyev, 19. Amil Yunanov, 20. Riçard Almeyda, 22. Şəhriyar Rəhimov, 25. Cavid İmamverdiyev
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 6. Rahil Məmmədov, 13. Dmitri Nazarov, 16. Rəşad Eyyubov, 17. Rəhman Hacıyev, 21. Tural Axundov, 24. Ürfan Abbasov, 26. Asif Məmmədov, 28. Emin Mahmudov
Baş məşqçi: Qurban Qurbanov.
Belarus: 1. Aleksandr Qutor, 2. Stanislav Draqun, 3. Aleksandr Martınoviç (k), 4. İqor Şitov, 6. Sergey Politeviç, 8. Pavel Savitski, 15. Sergey Kislyak, 18. İvan Maevski, 19. Maksim Volodko, 20. Denis Laptev, 22. İqor Staseviç
Ehtiyat oyunçular: 12. Pavel Pavlyuçenko, 16. Andrey Qorbunov, 5. Aleksey Qavriloviç, 7. Yuri Kendış, 9. Yuri Kovalyov, 10. Anton Saroka, 11. Renan Bressan, 13. Maksim Skavış, 14. Pavel Nexayçik, 17. Mixail Sivakov, 21. Oleq Veretilo, 23. Sergey Matveyçik.
Baş məşqçi: İqor Kriuşenko.
---------
20:45
Milli.Az bildirir ki, Azərbaycan - Belarus oyununda hesab açıldı. Oyunun 42-ci dəqiqəsində Azərbaycan millisinin oyunçusu Maksim Medvedev topu öz qapısına vurdu.
Azərbaycan - Belarus - 0:1.
-----------
20:12
Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı komanda Bakıda Belarus yığmasını qəbul edir.
Bu, "Qarabağ"ın çalışdırıcısının millinin "sükanı arxası"nda ikinci matçı olacaq. Debüt görüşündə Moldova ilə qarşılaşan Qurbanov qolsuz bərabərliyə razılaşmışdı.
Budəfəki rəqib də millimiz üçün yad komanda deyil. Belə ki, Azərbaycan Belarusla bu vaxta qədər 2 oyun keçirib. 22 il əvvəl, yəni 1996-cı ildə baş tutan ilk duel 2:2 hesabı ilə başa çatıb və komandamızın birinci qolunu məhz Qurban Qurbanov vurub. 2001-ci ildə isə tərəflər Bolqarıstanda görüşüblər və yığmamız Zaur Tağızadənin qolu sayəsində 1:0 hesablı qələbə qazanıb. Belarusa uduzmayan millimiz uğurlu seriyanı bu dəfə də davam etdirmək niyyətindədi.
Yığmamız görüşə daha bir məğlubiyyətsizlik seriyası ilə çıxıb. Söhbət komandamızın uzun müddətdi evdə keçirdiyi yoxlama oyunlarında uduzmamağından gedir. Komandamız doğma azarkeşləri önündə sonuncu dəfə 2011-ci il avqustun 10-da, Makedoniya ilə oyunda məğlubiyyət acısı yaşayıb. Yığmamız 857 gündən sonra doğma arenada seçmə xarakteri daşımayan növbəti sınağa çıxıb.
Millətlər Liqasına indidən hazırlaşan millimizin baş məşqçisi Qurban Qurbanov toplanışa yığmada görməyə alışmadığımız bir neçə futbolçu dəvət edib. 46 yaşlı məşqçi yeni adlara da şans verərək, planlarına uyğun gəlib-gəlməyən oyunçuları müəyyənləşdirmək istəyir. 10 komandadan 24 futbolçu çağıran Qurbanov onları əvvəlcə Belarus, 4 gün sonra isə Antalyada Makedoniya ilə keçiriləcək matçda yoxlayacaq.
Yoldaşlıq matçı
23 mart
Azərbaycan - Belarus - 0:0

Milli.Az