İdman

Millimiz FİFA reytinqində 2 pillə gerilədi

23 Mart 2018 13:29
0 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması cədvəldə 67-ci pillədə qərarlaşıb.

Millimizin hesabında 1360 xal var. Komandamız sonuncu dəfə ötən ilin dekabrında açıqlanan cədvəllə müqayisədə 2 pillə geriləyib.

Belə ki, Fil Dişi Sahili və Paraqvay yığmaları millimizi arxada qoyub. Bu iki komanda böyük sıçrayışa nail olub.

Qeyd edək ki, FİFA reytinqinə ABŞ başçılıq edir - 2115 xal. İngiltərə 2042 xalla 2-ci, İspaniya 2035 xalla 3-cüdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.