İdman

PSJ-nin futbolçusu 3 oyunluq cəzalandırıdı

23 Mart 2018 18:30
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ klubunun futbolçusu Tiaqo Motta Fransa çempionatının İntizam Komitəsinin qərarı ilə 3 oyunluq diskvalifikasiya olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin Fransa çempionatının 31-ci turunda evdə "Anje" (2:1) ilə matçın 16-cı dəqiqəsində birbaşa qırmızı vərəqə almasıdır. Motta rəqib futbolçu Toma Romenə qarşı kobud oyuna görə meydandan qovulub.

O, cəza səbəbindən "Nitsa" ilə matçda iştirak etməyib. 36 yaşlı futbolçu "Sent-Etyen" və "Monako" ilə qarşılaşmalarda da komandasına kömək edə bilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.