İdman

"Əvvəlcə öz evimizi qaydaya salmalıyıq"

23 Mart 2018 17:06
0 Şərh     Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Britaniya və Rusiya arasındakı siyasi gərginliyə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis bunları deyib:

"İngiltərənin xarici işlər nazirinin dünya çempionatı barədə nə düşünməsi mənə maraqlı deyil. Ötən il Konfederasiyalar Kubokunda olmuşdum. Rusiyaya Çilidən gələn 15 min yaxın azarkeş orda inanılmaz ab-hava yaratmışdı. Bu, dünya çempionatına bənzəyirdi. Rusiyada rasizm barədə danışmaq düzgün deyil. Biz rusları göstərməyə davam edirik, amma əvvəlcə öz evimizi qaydaya salmalıyıq. İngiltərə millisinin qarşıdakı dünya çempionatına getməyəcəyinə heç bir əsas yoxdur. Biz təhlükəsizlik sarıdan narahat deyilik. Azarkeş olsam, problemsiz Rusiyaya gedərdim. Orda artıq olmuşam. Bu ölkədə özümü çox rahat hiss etdim. Hər insanda fərqli təəssüratlar oyana bilər. Amma hazırki vəziyyət ora getməyimə mane ola bilməzdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.