İdman

Buffon: "40 yaşım var, amma "Yuventus"da hələ də əsas oyunçu hesab olunuram"

23 Mart 2018 18:06
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya milli komandasının və "Yuventus"un qapıçısı Canluici Buffon milli komandaya qayıdışı barədə ölkəsinin mətbuatına açıqlama verib.

Milli.Az report-a istinadən xəbər verir ki, təcrübəli qolkiper "Yuventus"da özünü əsas oyunçu adlandırıb.

"Düşünürəm ki, hər kəs bu vəziyyəti və mənim milli komandadakı rolumu başa düşür. Çox şadam ki, yığmaya qayıdışım müsbət qarşılandı. Karyeramda bu komandaya görə bəzi şeylərdən imtina etdim və fədakarlıq göstərdim. 40 yaşım var, amma "Yuventus"da hələ də əsas oyunçu hesab olunuram. İtaliya milli komandasında və "Yuventus"da keçirəcəyim növbəti matçların karyeramın son oyunları olacağını bilirəm. İndi çox sakitəm", - Canluici Buffon deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.