İdman

“Çoxsaylı qol epizodları yaratmağı bacardıq” - FOTO

23 Mart 2018 17:30
0 Şərh     Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanla Bakıda keçirilən son oyunumuzda olduğu kimi yenə meydanda dominantlıq etdik. Lakin səfərdə qol imkanlarını qaçırmışdıqsa, bu dəfə xoşbəxtlikdən 2 dəfə rəqib qapısına yol tapdıq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Kosovonun U-21 yığmasının futbolçusu Ardian İsmaili deyib.

O, AVRO-2019-un seçmə mərhələsinin Azərbaycanla Mitrovitsadakı görüşü barədə fikirlərini açıqlayıb. Kosovolu futbolçu 2:0 hesablı qələbədən məmnun qalıb: "Çoxsaylı qol epizodları yaratmağı bacardıq. Almaniya ilə çox çətin qarşılaşma öncəsi vacib xallar əldə etdik. Arenaya toplaşan azarkeşlər gördü ki, biz necə futbol oynadıq. Düşünürəm ki, Almaniya ilə matçda daha çox azarkeş toplamağa layiq oyun göstərdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.