İdman

“4-5 ildən sonra Kosovo hörmət olunacaq rəqibə çevriləcək”

23 Mart 2018 15:06
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kosovo yığmasının yaxşı futbol oynaması göz qabağındadır. Bu da mənim öncə dediklərimin təsdiqləyir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Kosovonun U-21 yığmasının baş məşqçisi Rafet Prekazi deyib.

O, AVRO-2019-un seçmə mərhələsinin Azərbaycanla görüşündəki 2:0 hesablı qələbəyə şərh verib: "Bu futbolçular necə oynamaq lazım olduğunu bilirlər. Komandamızın əvvəlki görüşlərdə daha yaxşı oynadığı vaxtlar da olub. Aldığımız məğlubiyyətlərə isə layiq deyildik. Amma təcrübə çatışmazlığı sözünü deyirdi. Azərbaycanla oyunda Kosovo çempionatından da futbolçulara şans verdim. Əminəm ki, futbolumuzun çox yaxşı nəticələrə kifayət edəcək potensialı var. Bu komandanın baş məşqçisi olmaqdan məmnunam. Vaxt lehimizə işləyir. İnanıram ki, 4-5 ildən sonra Kosovo hörmət olunacaq rəqibə çevriləcək. Yetirmələrimin Almaniyaya qarşı da yaxşı oynayacağını gözləyirəm. Lakin yaxşı bilirik ki, dünya futbolunun nəhəngi ilə qarşılaşacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.