İdman

Millinin tarixində ilk: 17 il sonrakı qayıdış

22 Mart 2018 22:26
0 Şərh     Baxış: 1 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin az əvvəl start götürən Kosovo - Azərbaycan matçı Rəşad Sadıqovun baş məşqçi kimi rəsmi debütü ilə əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bununla da 36 yaşlı çalışdırıcı U-21-in tarixində ilk müəllifi olub.

Belə ki, indiyədək heç kim həm futbolçu, həm məşqçi kimi bu yığmamızla seçmə mərhələnin iştirakçısı olmayıb. Rəşad isə AVRO-2002-də millimizin formasında 5 görüş keçirib.

2000-01-ci illərdə U-21-in formasını daşıyan Sadıqovun bu komandadakı sonuncu qarşılaşması Makedoniya ilə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionundakı oyundu. 2001-ci il sentyabrın 4-də Ramal Hüseynovun qolu ilə qələbə qazanan millimizin heyətində yer alan Rəşad 17 ildən sonra yenidən U-21-lə seçmə matçına çıxıb. Onun bu komandayla qitəmiqyaslı turnirə qayıdışı 6043 gündən sonraya təsadüf edib.

Həmin qarşılaşmanın iştirakçılarından Elçin Rəhmanov əsas millidə məşqçi, Ramin Quliyev U-17-də baş məşqçi kimi çalışırsa, makedoniyalı gənclərin ulduzu Qoran Pandev bir neçə gündən sonra yenə yığmamıza qarşı oynamaq imkanı qazanacaq. Söhbət əsas milllərin Antalyadakı yoxlama oyunundan gedir.

36 yaşlı çalışdırıcı U-21 yığmamızın tarixinə seçmə oyunlardakı 11-ci baş məşqçi kimi düşüb. Rəşada qədər 10 məşqçi qitə çempionatlarının görüşlərində millimizə başçılıq edib. Onlardan doqquzu - Valeri Hacıyev, Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Yaşar Vahabzadə, Təbriz Həsənov, Nazim Əliyev, Şakir Qəribov və Samir Ələkbərov yerli məşqçilərdisə, Bernard Lippert  Almaniya təmsilçisidi.

Qeyd edək ki, Rəşad U-21-in seçmə oyunundakı ən gənc baş məşqçisi olub. 35 yaş 279 günlük çalışdırıcı Vaqif Sadıqova məxsus göstəricini 82 gün üstələyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.