İdman

"Bu arzumun reallaşması əla oldu"

21 Mart 2018 22:50
0 Şərh     Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in yarımmüdafiəçisi Skot Maktominey Şotlandiya millisinin heyətinə dəvət almasına münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc futbolçu bunları deyib:

"Aleks Maklişə minnətdaram ki, mənə milli komandaya dəvət göndərdi. Şübhəsiz, atam və ailəm mənimlə fəxr edir. Şotlandiya yığmasının bir hissəsi olmaq mənim üçün şərəfdir. Məşqçinin vaxt tapıb Mançesterə gəlməsi və mənimlə söhbətləşməsindən çox sevindim. Söhbətimiz olduqca asan alındı. Kiçik yaşlarımdan Şotlandiya formasını daşımaq istəmişəm. Bu arzumun reallaşması əla oldu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.