İdman

Kasilyas MLS və ya BƏƏ klubuna keçə bilər

21 Mart 2018 22:30
0 Şərh     Baxış: 1 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Portu" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq İker Kasilyasa MLS və Birləşmiş Ərəb Əmirliklərindən maraq var. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli qapıçı BƏƏ-nin "Al-Nasr" klubunun radarına düşüb. Bu komanda 36 yaşlı futbolçuya illik 2,5 milyon avro maaş ödəməyə hazırdır. Bunun üçün Kasilyasa təklif göndərilib. İspaniyalı qolkiper bu təklifə müsbət yanaşır. Kasilyasla İngiltərənin "Nyukasl" klubu da maraqlanır. Rafael Benites təcrübəli oyunçunu sərəncamında görməyi arzu edir.

2015-ci ildə Madrid "Real"ın "Portu"ya keçən Kasilyas bu mövsüm bu mövsümkomandan;n heyətində 24 oyun keçirib. İspaniya millisinin üzvü 14 qol buraxıb və 15 oyunda qapısını toxunulmaz saxlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.