"Mançester Yunayted" və Hollandiya millisinin sabiq müdafiəçisi Yaap Stam işsiz qalıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis "Riding"in baş məşqçisi postundan istefaya göndərilib. Stam Championship klubunda 2016-cı ildən bəri çalışırdı. Onun müqaviləsi 2019-cu ildə başa çatmalı idi. İstefanın səbəbi komandanın uğursuz nəticələri ilə bağlı idi. "Reading" Stamın baş məşqçi kimi işlədiyi ilk klubdur. O, daha öncə "Ayaks" və "Zvolle"nin məşqçilər korpusunda çalışmışdı.
Milli.Az