İdman

"Orda oynamaq arzunun reallaşması deməkdir"

21 Mart 2018 19:11
0 Şərh     Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bordo"nun yarımmüdafiəçisi Malkom "Bavariya" və bir neçə ingilis klubunun maraq dairəsindədir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı havbek "jirondistlər"lə yollarını ayırmağın əleyihən olmadığını qeyd edib.

""Bavariya" dünyanın ən böyük klublarından biridir. Orda oynamaq arzunun reallaşması deməkdir. Mənim namizədliyimi nəzərdən keçirmələri xoşdur. Oyunumda artırmaq üçün səylə çalışmağa davam edəcəm. Kim bilir, bəlkə, Münhen klubuna transferim tezliklə baş tutacaq. "Bordo"nu tərk etmək vaxtı yetişib. Bu kluba çox minnətdaram. Mənə yeni sınaq lazımdır, hədəflərim çoxdur.

Premyer Liqada oynamaq da maraqlı variantdır. İngilis dilini sürətlə öyrəndim, problemlə üzləşmədim. Fransız dilini daha çətin öyrənmişdim. İngiltərəyə daha tez adaptasiya olunacağımı düşünürəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.