İdman

"Mən bu xəstəliyi geridə buraxdım"

21 Mart 2018 12:35
0 Şərh     Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sevilya"nın sabiq baş məşqçisi Eduardo Berizzo xərçəng xəstəliyini sağaldıb və fəaliyyətini davam etdirmək arzusundadır. Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis bunları deyib:

"Mən bu xəstəliyi geridə buraxdım. İndi işimə qayıtmaq istəyirəm. "Sevilya" məni istefaya göndərməklə vəziyyəti düzgün qiymətləndirmədi. Bunu müzakirə etmək istəmirəm. Keçmişlə yaşayanda ona bəraət qazandırmağa çalışırsan. Bu isə gələcəkdə sənə lazım olan enerji aparır. İstefa tələsik verilmiş qərar idi. Özümü xəstəliyin qurbanı kimi hiss etmirəm. Əslində müalicə çox sürətlə getdi. Əməliyyat keçirdim, sonrakı müalicəyə ehtiyac olmadı. Hazırda istirahət edirəm, məcburi məzuniyyətdəyəm. Amma ən qısa müddətdə məşqçilik işinə qayıtmaq istəyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.