İdman

Daha bir məşhur Çin klubunda

20 Mart 2018 20:51
0 Şərh     Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyalı mütəxəssis Bernd Şuster özünə yeni iş yeri tapıb.

Milli.Az futbolinfo.az-a istinadən bildirir ki, o, bundan sonra Çinin "Dalian Yifanq" klubunu çalışdıracaq. Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu mövsümkü uğursuz çıxış səbəbindən komandanın baş məşqçisi Ma Lin istefaya göndərilib. Çinli mütəxəssisi isə bu postda Şusterin əvəz edəcəyi açıqlanıb.

"Dalian Yifanq" Çin Super Liqasına bu mövsüm vəsiqə qazanıb. Sözügedən klub bir müddət öncə Madrid "Atletiko"sundan Yannik Karrasko, Niko Qaytan kimi futbolçuları transfer etməklə iddiasını ortaya qoyub.

Şuster isə son olaraq 2013/14 mövsümündə İspaniyanın "Malaqa" klubunu çalışdırıb. Almaniyalı mütəxəssis Madrid "Real"ında, Almaniyanın "Köln", Ukraynanın "Şaxtyor", Türkiyənin "Beşiktaş" klublarında da baş məşqçi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.