İdman

Belaruslar millimizlə görüşdə yenilik edəcək - VİDEO

20 Mart 2018 10:04
0 Şərh     Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan və Sloveniya ilə oyunlarda müəyyən taktiki dəyişikliklər edəcəyik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Belarus millisinin baş məşqçisi İqor Kriuşenko yoldaşlıq görüşü ilə əlaqədar Bakıya səfər öncəsi yerli telekanala açıqlamasında deyib. 54 yaşlı mütəxəssis bildirib ki, əsas yenilik bu olacaq.

Kriuşenko çatışmazlıqlardan da bəhs edib: "Təəssüf ki, yenə istədiyimiz oyunçuların hamısını toplaya bilmədik. Bu, zədəlilərin olması ilə əlaqədardır".

Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Belarus matçı saat 20:00-da başlayacaq. Rəqib komanda Bakıya bu gün gələcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Belarus yığması Azərbaycan millisi ilə yoldaşlıq görüşündə yenilik edəcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.