İdman

“Heç kim üçün asan loxma olmayacağıq” – millimizin rəqibinin baş məşqçisi

20 Mart 2018 09:26
0 Şərh     Baxış: 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bugünəqədərki bütün matçlarda yaxşı oyun göstərdik. Uşaqlar isbat etdilər ki, onların potensialları var".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Kosovo U-21 millisinin baş məşqçisi Rafet Prekazi deyib.

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində martın 22-də millimiz, 27-də isə Almaniya yığması ilə qarşılaşacaq kosovoluların çalışdırıcısı fikirlərini Kosovo Futbol Federasiyasının saytı ilə bölüşüb.

O, gənc və potensiallı komandası olduğunu bildirib: "Gənc oyunçulardan ibarət yaxşı kollektivimiz var. Meydanda 200% gücümüzlə oynamağa məcburuq. Əlbəttə ki, rəqiblərimizin kim olduğunun fərqindəyik, amma seçmə mərhələnin əvvəlində də demişdim ki, Kosovo yığması heç kim üçün asan loxma olmayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.