İdman

“Azərbaycandan daha yaxşıyıq” – Kosovonun hücumçusu

20 Mart 2018 09:25
0 Şərh     Baxış: 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yeddi aylıq zədədən sonra təkrar milliyə döndüyüm üçün çox sevinirəm. Normalda bu cür zədədən sonra geridönüş asan olmur, amma özümü yaxşı hiss edirəm".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Kosovo U-21 millisinin hücumçusu Valmir Süleymani deyib.

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində martın 22-də millimiz, 27-də isə Almaniya yığması ilə qarşılaşacaq kosovoluların üzvü fikirlərini Kosovo Futbol Federasiyasının saytı ilə bölüşüb.

O, komandalarının millimizdən daha güclü olduğunu vurğulayıb: "Hər şeyin yaxşı olacağına inanıram. Qarşıdakı hər iki oyundan uğur gözləyirəm. Azərbaycana qarşı ilk matçda meydana çıxa bilməmişdim, amma düşünürəm ki, oyun planında onlardan daha yaxşıyıq. Almaniya millisini yaxşı tanıyıram. Bu ölkənin U-17 və U-18 millilərində oynadığım üçün güclərinə bələdəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.