İdman

Nazarov komandasının qələbəsində iştirak etdi

20 Mart 2018 09:24
0 Şərh     Baxış: 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya II Bundesliqasında XXVII tura yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun forma geyindiyi "Erzgebirge" də növbəti oyununa çıxıb.

Aue təmsilçisi doğma divarlar arasında "Furt"la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça start heyətində başlayan Nazarov 84-cü dəqiqədə əvəzlənib. O, komandasının ilk qolunun vurulmasında fəal iştirak edib. Belə ki, Dmitrinin dirəkdən dönən zərbəsindən sonra komanda yoldaşı Köpke təkrar vuruşla hesabı açıb.

Qeyd edək ki, 27 oyundan sonra aktivində 33 xal olan "Erzgebirge" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.