İdman

"Lion" Avrokuboklardan kənarlaşdırıla bilər

20 Mart 2018 08:39
0 Şərh     Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Lion" klubu Rusiya MOİK-i ilə matçda azarkeşlərin özlərini aparmasına görə açılmış intizam işi ilə əlaqədar ciddi sanksiyalar ilə üzləşə bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, Fransa klubunun 2017-ci ilin aprelində "Beşiktaş" (Türkiyə) ilə oyunda iğtişaşlara görə 2 il müddətinə şərti olaraq Avrokuboklardan kənarlaşdırılma cəzası var.

UEFA reqlamentinə görə, əgər komanda şərti cəza müddəti ərzində mövcud reqlamenti yenidən pozarsa, o zaman şərti tədbirlər real olacaq.

UEFA-nın komandanın işi üzrə iclası mayın 31-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.