İdman

"Real Sosyedad"a yeni baş məşqçi təyin olunub

20 Mart 2018 08:38
0 Şərh     Baxış: 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Real Sosyedad" klubunu mövsümün sonunadək məşqçi İmanol Alqvasil çalışdıracaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

Qırx altı yaşlı mütəxəssis bütün məşqçi karyerasını "Real Sosyedad"da keçirib. O, əvvəlcə klubun gənclər, sonra isə ikinci komandası ilə işləyib.

Ötən gün klub rəhbərliyi Eusebio Sakristanı baş məşqçi postundan kənarlaşdırıb. San-Sebastyan klubu İspaniya çempionatının 29 turundan sonra turnir cədvəlində 15-ci yeri tutur və 18-ci pillədə qərarlaşan "Las-Palmas"ı 12 xal qabaqlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.