İdman

13 komandanın səbəti müəyyənləşdi, Azərbaycan çempionunu gözləyir

19 Mart 2018 19:30
0 Şərh     Baxış: 1 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının 2018/19 mövsümünün I təsnifat mərhələsinin səbətləri açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışda iştirakı dəqiqləşən komandalar UEFA reytinqinə əsasən səbətini tanıyıb.

34 komandanın mübarizə aparacağı mərhələnin iştirakçılarından 13-ü bəllidir. Lakin bu komandalardan birinin hansı səbətdə yer alacağı bilinmir. Söhbət Farer adalarının çempionu "Vikinqur"dan gedir.

Digər çempionlardan 6-sı səpələnmiş, 6-sı səpələnməmişlər səbətindədir. Danimarka təmsilçisinin də səbəti məlumdur. Bu ölkədə qızıl medalı qazanacaq komanda dəqiqləşməsə də, həmin klub səpələnmişlərdən biri olacaq. Çünki bu ada iddiası qalanlardan ən aşağı reytinqlisi 5,190-a bərabərdir.

Qeyd edək ki, Azərbaycan çempionunu dəqiqləşmədiyi üçün təmsilçimizin əmsalı bilinmədiyindən hansı səbətdə yer alacağı da qeyri-müəyyəndir. Çempionun kimliyindən asılı olaraq, bu rəqəm 3,825-dən 20,500-ə qədər dəyişəcək.

Çempionlar Liqası - I təsnifat mərhələsi

Səpələnmişlər
"Astana" (Qazaxıstan) - 21,750
BATE (Belarus) - 20,500
"Şerif" (Moldova) - 14,750
"Malmö" (İsveç) - 14,000
"Rusenborq" (Norveç) - 9,000
HİK (Finlandiya) - 8,000
Danimarka çempionu - 5,190-34,000

Səpələnməmişlər
"Suduva" (Litva) - 2,000
"Kork Siti" (İrlandiya) - 1,750
"Spartak" (Yurmala, Latviya) - 1,750
"Valyur" (İslandiya) - 1,650
"Flora" (Estoniya) - 1,250
"Torpedo" (Kutaisi, Gürcüstan) - 1,000

Səbəti bəlli olmayan
"Vikinqur" (Farer adaları) - 3,000

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.